Donald Tramp koronavirusa görə bir aydır Ağ evdən çıxmır

18-04-2020, 13:00
250

ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbindən Ağ evi demək olar, tərk etmədiyini etiraf edib.
AZƏRTAC bu barədə Amerika KİV-lərinə istinadla xəbər verir.
“Onlar mənə səyahətə çıxmamağı tövsiyə edib. Mən bir ay Ağ evdə qaldım. Sonra yalnız bircə dəfə Nyu-Yorka gedən hərbi-tibb gəmisini yola salmaq üçün Ağ evi tərk etdim”, - deyə Donald Tramp Vaşinqtonda jurnalistlərə bildirib.
ABŞ prezidenti, həmçinin seçkiöncəsi ralliyə yenidən başlamaq mümkün olduqda çox sevinəcəyini də deyib. Tramp, həmçinin bildirib ki, son hesablamalara əsasən, 60 mindən çox amerikalı COVID-19 epidemiyasının qurbanı ola bilər. Ölkədə koronovirusdan indiyədək 37 minə yaxın insan həyatını itirib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: