Yeniyetmə şahmatçıların onlayn komanda tunirində FIDE yığması birinci yeri tutub

20-04-2020, 09:30
173

Namizədlər turnirinin iştirakçılarının ölkələrinin 16 yaşadək şahmatçıları arasında onlayn komanda turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Chess.com saytı üzərindən keçirilən yarışda 5 ölkənin – ABŞ, Çin, Rusiya, Fransa və Niderlandın təmsilçiləri, eləcə də FIDE-nin komandası yarışıb.
Nəticədə FIDE-nin komandası 8 xal toplayaraq (19,5) birinci olub. Onunla eyni xal qazanan Çin yığması (17,5) ikinci pillədə qərarlaşıb. Rusiya yığması isə 7 xalla (15) üçüncü olub.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: