“QİYAMƏT” adlı roman işıq üzü gördü

20-04-2020, 19:00
209

Bu günlərdə yazıçı Əziz Yazarın yeni kitabı – “QİYAMƏT” adlı romanı işıq üzü gördü (“Mücrü” nəşriyyatı, 142 səh.) Kitabın önsözündə tənqidçi Əsəd Cahangir yazır: “Roman qiyamət mövzusuna həsr olunub. Lakin müəllifin məqsədi müqəddəs mətnləri təkrar etmək yox, çağdaş insanın böhran həddinə çatan mənəvi-əxlaqi tənəzzülünün arzuolunmaz sonuclarından danışmaqdır”. Və oxucu bu arzuolunmaz sonuclardan uzaq durmağın yollarını da məhz “Qiyamət”də tapacaqdır.
Xatırladaq ki, bundan əvvəl müəllifin  - “Dahinamə”, “Nur çayı”, “ Ağ işıqlı şəhər” adlı şeir və nəsr kitabları oxuculara təqdim edilmişdir.


Mənbə: http://kultur.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: