Misirdə son sutka ərzində koronavirusa 198 nəfər yoluxub

21-04-2020, 02:30
240

Aprelin 20-də Misirdə koronavirusa (COVID-19) rekord sayda - 198 nəfər yoluxub, 11 nəfər isə dünyasını dəyişib. İnidiyədək bu ölkədə 3333 yoluxma, 250 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib.
O qeyd edib ki, virusa yeni yoluxanların biri əcnəbidir. İndiyədək ölkədəki 12 karantin xəstəxanasında 821 koronavirus xəstəsi tam sağalıb.
Misir hökumətinin qərarı ilə Qahirə, İsgəndəriyyə, Luksor və daha üç şəhərdə bir neçə universitet xəstəxanası və gənclər mərkəzlərinin binalarında koronavirus xəstələrinin təcrid edilməsi məqsədilə 4305 yataq yeri olan xüsusi karantin təsisləri yaradılacaq. Bundan başqa, UNESKO-nun Menufiada yerləşən qərargahında da 200 koronavirus xəstəsi yerləşdiriləcək.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: