Azərbaycanın Xarici İşlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə videokonfrans formatında görüşü olub

21-04-2020, 03:00
308

Aprelin 20-də Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər hazırda COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.
Tərəflər aprelin 21-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsini razılaşdırıblar.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: