Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanvermə aksiyasına qoşulub

21-04-2020, 12:00
260

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  də  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına  və Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.

Xidmətin Aparatının, Bakı Qarnizonunda yerləşən struktur bölmələrin bir qrup əməkdaşı qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə aprelin 20-də könüllü olaraq qan veriblər.  Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hemotoloqları sağlamlıq vəziyyətlərini yoxladıqdan və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürüblər. 

Götürülən qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra, tədarük olunaraq irsi qan xəstəliklərindən (talassemiya, hemofiliya)  əziyyət çəkən uşaqların, eləcə də leykemiya, hemodializ xəstələrinin müalicəsində istifadə olunacaq.


Mənbə: https://seferberlik.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: