“IFA 2020” sərgisi koronavirusa görə ləğv edilib

23-04-2020, 04:30
168

“COVID-19” pandemiyası ilə əlaqədar “IFA 2020” sərgisi ləğv edilib. AZƏRTAC “4pda.ru” saytına istinadla xəbər verir ki, sərginin ləğv edilməsi Berlin hökumətinin oktyabrın 24-dək 5 mindən çox insanın iştirakı ilə keçiriləcək hər hansı tədbirin qadağan edilməsi haqqında qərarı ilə bağlıdır.
Amma təşkilatçılar sərginin keçirilməsindən tamamilə imtina etmək niyyətində deyillər. Onlar 2020-ci ildə texnoloji innovasiyaların nümayişi üçün alternativ variantları nəzərdən keçirirlər. Sərginin yeni formatının elan ediləcəyi gözlənilir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: