Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

27-04-2020, 05:00
71

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-pri turniri başa çatıb.Turnirdə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının 300-dən çox şahmatçısı iştirak edib.
Oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilib. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılıb. Belə ki, məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə edib. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılıb və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunub.
Bütün seçmə mərhələlər fəxri üzvlər tərəfindən “Youtube” üzərindən canlı olaraq şərh olunub. Final mərhələsində isə iştirakçılar oyunlarını kamera qarşısında canlı yayımda oynayıblar.


Mənbə: https://edu.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: