Ağstafa Regional Mədəniyyət İdarəsinin “Musiqili eyvan” silsilə konsert proqramları davam edir

30-04-2020, 00:00
252

Ağstafa Regional Mədəniyyət İdarəsi sosial izolyasioya qaydalarının tətbiq olunduğu xüsusi karantin günlərində əhalinin istirahətinin mənalı və yaddaqalan olmasını təmin etmək üçün “Musiqili eyvan” adlı silsilə səyyar konsert proqramlarını davam etdirir.
Regional Mədəniyyət İdarəsinin Mətbuat katibi Xəyal Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, növbəti belə konsert Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki çoxmərtəbəli yaşayış binasında baş tutub.
Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qazax Rayon Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana, 1 və 2 nömrəli Uşaq Musiqi məktəblərinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramı bina sakinləri tərəfindən maraqla qarşılanıb. Səslədirilən ifalar, bölgənin spesifik musiqisi olan aşıq havaları öz eyvanlarından konserti dinləyənlərin zövqünü oxşayıb, onlara xoş anlar bəxş edib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: