“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

2-05-2020, 01:30
65

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının
2020-ci il 17 aprel tarixli 49-VIQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri
“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində, qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələr ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “QƏLƏBƏ” sözü yazılmışdır, aşağı hissədə qövs boyunca sol tərəfdə palıd, sağ tərəfdə dəfnə çələngi təsvir olunmuşdur.
2.3. Yazı ilə çələnglərin arasında, sol tərəfdə “1945”, sağ tərəfdə “2020” rəqəmləri yazılmışdır.
2.4. “QƏLƏBƏ” sözü ilə rəqəmlərin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.5. Daxili çevrənin içərisində, mərkəzdə, bütün dairə boyu dəfnə çələngi ilə əhatə olunmuş “75 il” sözləri həkk olunmuşdur.
2.6. Bütün yazılar və elementlər relyefli olaraq qabarıqdırlar.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, üzərində “BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 75 İLLİYİ (1945-2020)” sözləri yazılmışdır.
3.2. Arxa tərəfin aşağı hissəsində, mərkəzdən sol və sağ tərəflərə doğru sünbül çələngləri təsvir olunmuşdur.
3.3. Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün 26 mm x 50 mm ölçülü beşbucaqlı elementi vardır. Elementin üzərinə yuxarıdan aşağı sol və sağ tərəflərə doğru Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən 25 mm enində xara lent çəkilmişdir.
4.2. Medal elementə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.
4.3 Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçülü qəlib əlavə edilir.


Mənbə: https://president.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: