“Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

2-05-2020, 06:30
106

“Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154; 2001, № 3, maddə 149; 2002, № 5, maddə 241, № 12, maddə 706; 2003, № 1, maddə 14; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 12, maddə 1048; 2012, № 6, maddə 503; 2015, № 3, maddə 247; 2018, № 6, maddə 1183; 2019, № 1, maddə 34, № 7, maddə 1178) 5-ci maddəsinin altıncı abzasından “baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin,” sözləri çıxarılsın.
Maddə 2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78, № 11, maddə 1297; 2017, № 12 (I kitab), maddə 2191; 2019, № 2, maddə 180, № 5, maddə 797, № 6, maddə 993, № 8, maddə 1382) 6.2.5-ci maddəsindən “və fitosanitar nəzarəti xidmətləri” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2020-ci il.


Mənbə: https://president.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: