Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli və “Milli Televiziya və Radio Şurası haqqında

2-05-2020, 07:00
113

Azərbaycan Respublikası Prezidentinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli və “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 590; 2005, № 2, maddə 69; 2006, № 11, maddə 947; 2008, № 9, maddə 798; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 9, maddə 995; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2018, № 12 (I kitab), maddə 2542) 6-cı hissəsinin dördüncü abzasından “33.1-ci,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 591; 2005, № 3, maddə 173, № 4, maddə 295; 2008, № 10, maddə 888; 2009, № 2, maddə 78; 2010, № 3, maddə 189; 2011, № 2, maddə 79; 2015, № 2, maddə 118, № 9, maddə 993; 2018, № 5, maddə 949) ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 7.5-ci yarımbəndin dördüncü abzasında “onların baxa biləcəyi vaxtda göstərilməməsinə” sözləri “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vaxtda göstərilməməsinə (xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla) və həmin Qanunun teleradio yayımı sahəsində digər tələblərinin icrasına” sözləri ilə əvəz edilsin;
2.2. 8.16-cı yarımbənd ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci il.


Mənbə: https://president.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: