5 mayda gözlənilən hava şəraiti

4-05-2020, 03:30
73

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  
Mayın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: