Muxtar respublikada sahibkarlara maliyyə dəstəyi göstərilir

4-05-2020, 10:00
232

Muxtar respublikada pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi göstərilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vergi ödəyiciləri muxtar respublikanın Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olaraq, Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, “asan imza” və ya elektron imza ilə elektron kabinetə daxil olub, onlayn qaydada elektron ərizə ilə xidmətə müraciət edə bilərlər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: