Yüzlərlə turist Maldiv adalarını tərk edə bilmir

4-05-2020, 12:30
252

Pandemiya səbəbindən yüzlərlə turist Maldiv adalarından vətənlərinə qayıda bilmir.
AZƏRTAC Weather.com saytına istinadla xəbər verir ki, Maldiv adalarının Turizm naziri Əli Vahid hazırda 500 turistin adada qaldığını deyib. Onun sözlərinə görə, hökumət kurortlarda qalmağa imkanı olmayan səyahətçilərə yardım edir.
Koronavirus pandemiyası səbəbindən sərhədi bağlayan və aviasiya əlaqəsini dayandıran Maldiv adalarının turizm infrastrukturu xeyli zərərə uğrayıb. Bu, ümumdaxili məhsulunun 28 faizini turizm gəlirləri təşkil edən düşən dövlətin iqtisadiyyatına ciddi zərbədir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: