Almaniya dünyanı COVID-ə qarşı vaksinlə təmin etməyə hazırdır

5-05-2020, 02:30
179

Almaniya kansleri Angela Merkel Avropa İttifaqında koronavirusa qarşı hazırlanacaq vaksinlərin bütün dünyada əlçatan olacağını bildirib.
AZƏRTAC “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadla xəbər verir ki, bundan öncə Angela Merkel və Avropa İttifaqının digər liderləri koronavirus əleyhinə peyvənd və dərman hazırlamaq üçün 7,5 milyard avro həcmində vəsait toplamağa çağırıb. Eyni zamanda, mayın 4-də Avropa Komissiyasının dəvəti ilə donor ölkələrin koronavirusla mübarizə mövzusunda konfransı keçiriləcək.
Kanslerin sözlərinə görə, vaksinin hazırlanması üçün 8 milyard avroya yaxın vəsait çatışmır və Almaniya bu çalışmalara xeyli maliyyə dəstəyi göstərəcək.
Angela Merkel vaksinin hazırlanmasında təkcə hökumət strukturlarının deyil, həmçinin özəl fondların, vaksin və dərman istehsalçılarının, CEPI və GAVI profil alyanslarının da iştirak etdiyini bildirib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: