6 mayda gözlənilən hava şəraiti

5-05-2020, 08:30
82

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  
Mayın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: