Respublika Uşaq Kitabxanası “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsi elan edib

6-05-2020, 00:30
177

Respublika Uşaq Kitabxanası Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə məktəblilər arasında “Sən elə bir zirvəsən ki...” adlı onlayn esse müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gələcək nəsillərə çatdırılması, uşaqlarda yaradıcılıq imkanlarını inkişaf etdirmək, eyni zamanda, istedadlı məktəblilərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.
Məktəblilər tərəfindən təqdim olunmuş esselər kitabxananın facebook səhifəsində paylaşılacaq. Qalib onlayn səs çoxluğu əsasında müəyyən olunacaq.
Müsabiqədə iştirak etmək istəyən 10-15 yaş arası məktəblilər yazdıqları esseləri may ayının 10-dək Respublika Uşaq Kitabxanasının elektron poçt ünvanına (info@clb.az, ushaqkitabxanasi@gmail.com) təqdim etməlidirlər.
Nəticə may ayının 11-də açıqlanacaq. Onlayn səs çoxluğu toplamış oxucuya Respublika Uşaq Kitabxanası tərəfindən kitab hədiyyə ediləcək.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: