Yanvar-mart aylarında Bakının ticarət dövriyyəsi artıb

6-05-2020, 01:00
236

Birinci rübdə paytaxtın ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: