AR XİN Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici Işlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya arasında baş tutan telefon danışığına dair məlumatı

6-05-2020, 11:00
220

Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya ilə telefon danışığı baş tutub.
Nazirlər hazırki qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.
Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə etdilər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi qeyd olundu.
Həmçinin telefon danışığı zamanı Azərbaycan və BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edildi və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edildi.


Mənbə: https://mfa.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: