AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Polşa Respublikasının Xarici İşlər naziri Yatsek Çaputoviç ilə telefon danışığına dair XİN-in Mətbuat xidməti idarəsinin məlumatı

6-05-2020, 18:30
93

Bu ilin 6 may tarixində Xarici işlər naziri Elmar Məmmədyarovun Polşa Xarici İşlər naziri Yatsek Çaputoviç ilə telefon söhbəti baş tutub.
Tərəflər qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən təbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda beynəlxalq həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında bu ilin 4 may tarixində keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş video-konfrans şəklində Zirvə görüşü və onun nəticələri barədə həmkarına məlumat verib.
Nazirlər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasındakı siyasi münasibətlərin hazırkı yüksək səviyyəsini məmnunluqla qeyd ediblər.
Telefon söhbəti zamanı, həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü, eləcə də Vışeqrad Qrupu ilə Şərq Tərəfdaşlığı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazirlər, habelə beynəlxalq təşkilatlar, xüsusilə də BMT çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs ediblər. Təmasların gələcəkdə davam etdirilməsi razılaşdırılıb.


Mənbə: http://mfa.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: