Böyük Vətən müharibəsində Qubadlı rayonundan 3500 nəfər iştirak edib

9-05-2020, 01:00
91

Mayın 8-də Qubadlı rayonundan olan Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunublar.
AZƏRTAC xəbər verir ki, 1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarında 700 min nəfər cəbhəyə göndərilib. Onlardan 3500 nəfəri Qubadlı rayonundan idi. Həmin şəxslərdən yalnız 1500-ü geri qayıdıb. Hazırda 4 nəfər Böyük Vətən müharibəsi iştirakçısı Qələbənin 75 illik yubileyini qeyd edir.
Görüşlərdə veteranlar xatirələrini bölüşərək, azərbaycanlıların cəbhədə göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb, dövlətimizin müharibə veteranlarına diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hər veterana pul mükafatı və hədiyyələr təqdim edilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: