Emin Ağalarov “Qələbə günü bütün dillərdə” aksiyasına qoşulmağa çağırıb

9-05-2020, 02:00
187

Rusiya azərbaycanlıları “Qələbə günü bütün dillərdə” aksiyasına qoşulublar.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq artisti Lev Leşşenkonun təşəbbüsü ilə mayın 9-da gecə yarısından başlayaraq “диктантпобеды.рф”, habelə “pobeda-2020.ru” saytlarında “Qələbə günü bütün dillərdə” aksiyasına start veriləcək. Hər kəs mahnını öz doğma dilində oxuyub videoya çəkə və sosial şəbəkələrdə yerləşdirə bilər. Mahnının mətninin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində tərcüməsi saytda yerləşdirilib.
Azərbaycanın Xalq artisti Emin Ağalarov aksiyaya ilk qoşulanlardan biridir. O, bəstəkar David Tuxmanovun Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş mahnısını Azərbaycan dilində ifa edib. Emin Ağalarovun çağırışından sonra Rusiyada yaşayan bir çox həmyerlimiz aksiyaya qoşulub.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: