Tibbi maskadan istifadə etməyənlər sərnişin qatarlarına buraxılmayacaq

9-05-2020, 03:00
197

Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yolu vağzalına, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.
“Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur”, - deyə QSC-nin məlumatında bildirilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: