Böyük Vətən müharibəsi veteranları ziyarət olunub - VİDEO

9-05-2020, 12:30
69

Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə hərbi qulluqçular Böyük Vətən müharibəsi veteranlarını ziyarət ediblər.
Müdafiə nazirinin bayram təbriklərini müharibə veteranlarına çatdıran hərbi qulluqçular nazirliyin adından onlara açıqcalar, gül dəstələri və birdəfəlik maddi yardım təqdim ediblər.
Fərdi qaydada ziyarət olunan müharibə veteranları üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən müharibə illərinin vətənpərvərlik mahnıları ifa olunub.
Müharibə veteranları daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: