Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

9-05-2020, 13:00
63


Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: