9 May - Qələbə günü münasibətilə veteranlar ziyarət olunub

9-05-2020, 13:30
137

Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyəti və Heydər Əliyev Fondunun nümayəndələri tərəfindən respublikamızın şəhər və rayonlarında Böyük Vətən müharibəsi veteranları ziyarət edilib. 
Heydər Əliyev Fondunun nümayəndələri və SHXÇDX-nin əməkdaşları 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş veteranlara qələbə münasibətilə təbrikləri çatdıraraq onlara  “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalını və Rusiya Federasiyasında hazırlanmış “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” yubiley medalını, həmçinin Heydər Əliyev  Fondunun hədiyyələrini təqdim ediblər.
Böyük Vətən müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Mənbə: https://seferberlik.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: