11 mayda gözlənilən hava şəraiti

10-05-2020, 18:00
120

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  
Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: