İspaniya La Liqasının bərpa tarixi açıqlanıb

11-05-2020, 12:30
135

Futbol üzrə İspaniya çempionatının bərpa tarixi məlum olub.AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, La Liqanın uzun fasilədən sonra birinci turu iyunun 12-də keçiriləcək. İspaniya Futbol Federasiyasının rəhbərliyi bu barədə bütün klublara məlumat verib. Mənbənin bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyət yaranarsa, çempionatın yenidən uzadılması ehtimalı var.
Qeyd edək ki, martın 8-də dayandırılan çempionatın başa çatmasına 11 tur qalıb. Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 56 xalı olan “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: