Səhər saatlarında Bakı Metropolitenində yaranan nasazlıq aradan qaldırılıb

12-05-2020, 03:00
130

Bakı metropolitenində xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.
Metropolitendən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən bu gün səhər saatlarından metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.
Nasazlıq aradan qaldırıldıqdan sonra xətlər təlimat tələblərinə uyğun olaraq, təkrarən yoxlanılıb, elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: