İkinci Azərbaycan-Gürcüstan biznes forumu Bakıda keçiriləcək

12-05-2020, 04:00
112

İkinci Azərbaycan-Gürcüstan biznes forumu 2021-ci ilin aprelində Bakıda keçiriləcək.
Bu barədə AZƏRTAC-a Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze məlumat verib.
Onun sözlərinə görə, bu cür forumlar iki ölkə arasında biznes əlaqələrinin dərinləşməsi baxımdan mühüm əhəmiyyətə malikdir.
“Avropa İttifaqı-Gürcüstan Biznes Şurası olaraq fikirləşirik ki, bu cür tədbirlər davamlı olmalıdır. Növbəti biznes forumun gələn il Bakıda keçirilməsi daha məqsədəuyğundur. Bu Gürcüstan iş adamlarının Azərbaycan ilə tanışlığına daha çox fayda verəcək”, - deyə Çumburidze vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: