Voleybolçumuz Yuliya Kərimova “Azərreyl” ilə birillik müqavilə imzalayıb

12-05-2020, 05:00
136

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə birillik müqavilə imzalayıb.
Voleybolçumuz sonuncu mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunun heyətində keçirib.
Yeni mövsümdə ölkəmizi Çağırış kuboku yarışlarında təmsil edəcək “Azərreyl”, bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqaviləsini yeniləyib, slovakiyalı Romana Hudeçova ilə birillik anlaşma əldə edib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: