Azərbaycanlı şairə Rahilə xanım DÖVRAN.Seçilmiş şeirlər (III-IV hissə)

13-05-2020, 09:00
57

ÖMRÜN FƏSİLLƏRİ

/"Düşüncələrim" - silsiləsindən/

Bu dünyada hər şeyin var zamanı,
Yaradandır nizamlayan hər anı.
Dərə çəni, dağlar sevər dumanı.
Yaz gəlməsə axan çaylar çağlamaz,
Gül- çiçəklər qönçə, buta bağlamaz.

Yay zamanı hamı sevər yaylağı,
Zümrüd meşə, yaşıl çəmən, bulağı.
Yal- yamaclar olar könül oylağı
Duman, nə sis qar yağdırıb çığlamaz,
Şən buludlar, gözün sıxıb ağlamaz.

Son baharda quşlar çıxar səfərə,
Elat enər dağdan- düzə, şəhərə.
Hacət yoxdur ağlamağa, qəhərə
Təbiətin taxtı, tacı laxlamaz,
Ulu dağlar qışda qonaq saxlamaz.

Ahıl, qoca möhkəm tutar əsasın,
Istər sürsün hər anının səfasın.
Fani dünya sonda alar qisasın
Dövran, əcəl xəzan çiçək qoxlamaz,
Payız- yazı, nə qış yayı haxlamaz...


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: