Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (III hissə)

14-05-2020, 03:00
59

GƏL,SƏNİNLƏ RƏQS EDƏK…

(içimdəki nəğmələrdən)

Bura “Sevgi bağıdı”,
yazın ipək çağıdı,
a tənha bitən çiçək,
gəl,səninlə rəqs edək,
Gəl,səninlə rəqs edək;

bir az qol-boyun olaq,
bir az aralı qalaq,
bir az da yallı gedək,
Qaçma,qadanı alım,
uçma,qurbanın olum,
yallıdakı dəsmalım
səndən olsun bir ləçək,
Sənli “Sevgi bağında”
mehman olmağı sevdim,
şəbnəmə yanağında
heyran olmağı sevdim,
A tənha bitən çiçək,
a heyran edən çiçək,
bəlkə xoşuna gəldim-
gəl,səninlə rəqs edək…

BİLİRSƏN–BİZ KİMİN QONAQLARIYIQ?

Səmanı qopmaqdan dağlar saxıayır,
ağaclar tacından göydən asılır,
ayağı–torpağa göyü bağlayir,
dağlar qaçan yerdə yarğan qazılır,

Ormanlar dünyanın donu,köynəyi,
əynidə yudurdur,qurudub geyir,
ütüsün çəkəni-mehi,küləyi,
daşlar dəyirmanda buğdanı döyür,

Məni daha açmır vaxtı zamanın,
görən məndən qabaq nə cür keçirmiş?
İnsan dəngəsini pozub dünyanın–
dünya özü əkib,özü biçirmiş,

Görən nəyimizə ümid bağladı?-
çiçəklər bitirdi çəmənlərində,
düna-adam bilib qonaq saxladı,
bizsə oturmadıq qonaq yerində!

Əsri başa vurar milyondan biri,
erkən boxçamızı düyüb gedərik,
dəmirdən bərk imiş dünyanın səbri,
ağlımız kəsəni deyib gedərik,

Bilirsən-necə də gözəldi dünya,
bilirsən-biz kimin qonaqlarıyıq?
binəva olduq ki,salmadı saya–
sanır ki: “atılan dırnaqlarıyıq”…


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: