Dövlət İmtahan Mərkəzində Pearson VUE, TOEFL iBT, GRE, SAT – beynəlxalq imtahanları keçirilir

14-05-2020, 15:00
157

Beynəlxalq imtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunur

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzində mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq beynəlxalq imtahanların keçirilməsi təxirə salınmışdır.
DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq 14 may 2020-ci il tarixindən etibarən beynəlxalq imtahanların keçirilməsini davam etdirəcək.    
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Tarix

Saat

TOEFL iBT

30 may, 13 və 20 iyun, 4 iyul

09:30

GRE

26 iyun, 15 avqust, 5 sentyabr

10:00

IT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE-Academic)

 

Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

SAT

29 avqust, 26 sentyabr,

3 oktyabr, 7 noyabr, 5 dekabr

09:00

 
İmtahanlar haqqında daha ətraflı məlumatı əldə etmək üçün müvafiq keçidlərə müraciət edə bilərsiniz:


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: