Gənc yazar Vasif Zöhraboğlunun ilk kitabı işıq üzü görüb

14-08-2015, 11:50
891

http://i004.radikal.ru/1508/70/32ada3e6ab16.jpg


Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Vasif Zahra oğlunun "Ömür bir günlük yuxudu" adlı ilk şeirlər kitabı 2015-ci ildə Bakı şəhərində "Yazıçı" Nəşriyyatı tərəfindən 92 səhifə həcmində 150 tirajla çap olunub.
Kitabın ön sözünün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, "Ulduz" jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqinə Mehdiyeva, redaktoru isə yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı gənc yazarlara dəstək məqsədilə birillik Prezident təqaüdünə layiq görülən gənc yazar İntiqam Yaşardı.
Kitab müəllifin oxucular ilə ilk görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağı na, müsbət emosiyalar yaradacağına ümid edirik.Kitabda müəllifin-gənc yazarın və qələm sahibinin son illərdə qələmindən çıxan ədəbi-bədii nümunələri, poeziya örnəkləri yer alıb.

Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: