п»ї Türkiyə ordusundan PKK-ya daha bir ağır zərbə

25-08-2015, 10:45
881

http://i056.radikal.ru/1508/a7/dc788e866c73.jpg


Türk Silahlı Qüvvələrinin avqustun 21-də İraqın şimalında PKK-ya qarşı keçirdiyi iki ayrı əməliyyat nəticəsində 70 terrorçu öldürülüb.

Avropa.info xəbər verir ki, Türk Silahlı Qüvvələri tərəfindən İraqın şimalında yerləşən Qəndil bölgəsindəki Bokriskan kəndinin şimal-şərqində, PKK-çıların gizləndiyi sığınacaqlara və yaxınlığındakı sursat anbarları bombalanıb.

Əməliyyat nəticəsində 40 terrorçu öldürülüb. Əməliyyatdan sonra silah-sursat anbarlarında 3 gün fasiləsiz yanğın baş verib.


Eyni gündə İraqın şimalında yerləşən Mətnə adlı ərazidə də PKK-nın kampları bombalanıb. Bombardıman nəticəsində 30 terrorçu məhv edilib, 25-i isə yaralanıb.

Əməliyyatlar nəticəsində PKK-nın strateji obyektləri, silah-sursat anbarları məhv edilib. (Afn.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: