Azərbaycanda 800-dən artıq dərmanın qiyməti aşağı salındı

25-08-2015, 20:00
1 085

http://i056.radikal.ru/1508/46/d74a61e2f095.jpg


Tarif Ећurası qərar qəbul edib.

Tarif Ећurasının növbəti iclası keçirilib və daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Bu barədə Gundelik.info Tarif Ећurasının məlumatına istinadən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Məlumat verildiyi kimi, Tarif (qiymət) Ећurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilmişdir.

Tarif (qiymət) Ећurasının 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilmişdir. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınmışdır.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır.

Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir. Ећuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

İclasda daha 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilmişdir.

Tarif (qiymət) Ећurasının qərarları və qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısı ilə Ећuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar. (Oxu.Az )


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: