Tovuzda 100-ə yaxın sürücü saxlanıldı

25-08-2015, 21:00
871

http://s018.radikal.ru/i524/1508/cd/828672a2ca5a.jpg


"Təmiz hava aylığı" çərçivəsində keçirilən reydlər davam edir.

Keçirilən reyd zamanı Tovuzda 100-ə yaxın sürücü saxlanılıb.

Bu barədə Gundelik.info Oxu.Az-a istinadən xəbər verir.

Son zamanlar qəzalara səbəb olan nasaz avtomobillər həm də, atmosferi çirkləndirir. Bu cür vəziyyətə sovet istehsalı olan maşınlarda daha çox rast gəlinir. Mövcud problemi aradan qaldırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Tovuz Yol Polis Bölməsi əməkdaşları birgə reyd təşkil edib.

Rayon ərazisində keçirilən yoxlamalar zamanı atmosferi çirkləndirən, sənədləri qaydasında olmayan, arxa və yan şüşələri həddindən artıq işıq keçirməyən avtomobil sürücüləri aşkarlanıb.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz ediblər. Tovuzun mərkəzi küçəsində avtomobillərin sıx hərəkət etdiyi ərazidə reallaşan reyddə 100-ə yaxın qaydaları pozan sürücü saxlanılıb. Onlar barəsində protokollar tərtib edilib.

Qeyd edək ki, "Təmiz hava aylığı" çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam etdiriləcək. (Oxu.Az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: