Tələbələrimiz ilk elektrik maşın hazırlayıb

31-08-2015, 10:45
910

http://s004.radikal.ru/i205/1508/6b/fddb7df2c60c.jpg


Azərbaycanlı tələbələr tərəfindən ilk elektrik maşın hazırlanır. Hazırda maşının üzərində aparılan işlər bitmək üzrədir. Maşının yaxın zamanlarda ictimaiyyətə təqdim edilməsi gözlənilir.

Bu barədə Qafqaz Universitetində çalışan Emil Civişov Facebook səhifəsində məlumat yayıb.

O, bununla bağlı jurnalistlərə çağırış edərək bildirib ki, elektrik maşının tam hazır olması günü çox uzaqda deyil.

Emil Civişovun sözlərinə görə, qurulmasından cəmi 3-4 il sonra Qafqaz Universiteti Mexanika mühəndisliyi bölməsi tələbələri tərəfindən quraşdırılmaqda olan Azərbaycanın ilk elektrik maşını çox yaxında sonlandırılacaq.

" Hörmətli jurnalistlər, bu cür xəbərləri geniş səkildə təqdim etmənizə ümid edir və gözləyirik. Çünki bu, azərbaycanlı tələbələrin və Azərbaycanın uğurudur!"


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: