Azərbaycanda "Facebook" populyarlığını itirir

1-09-2015, 09:00
0
Жалоба

http://s013.radikal.ru/i322/1509/b0/b547c7e63ed9.jpg


Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-avqust aylarında 6,9 faiz aşağı düşüb. Bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verilir.

Facebook-un Azərbaycan bazarında avqustun sonuna olan payı 82 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5 faiz azdır.

2015-ci ilin ilk 8 ayının yekununa görə, Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə olan "Twitter" auditoriyasında 67,1 faiz artım qeydə alınıb. "Twitter" sosial şəbəkəsinin 2015-ci il avqustun 31-nə ölkə bazarında payı 9,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4 dəfə çoxdur.

2,35 faizlik payla üçüncü yerdə "Pinterest" qərarlaşıb. Daha sonra "Tumblr" (1,98 faiz), "Vkontakte" (1,25 daiz), "Google+" (1,24 faiz), "StumbleUpon" (0,34 faiz) və başqaları gəlir.


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация