Büdcə xərcləri yeni iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır

2-09-2015, 11:20
1 056

http://s017.radikal.ru/i419/1509/8f/22aae2b3f116.jpg


Mövcud siyasi-iqtisadi vəziyyət büdcə xərclərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasını, orta müddətli dövrdə büdcənin balanslaşdırılmasını diktə edir.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı, proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq, Palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib. Həm bu təkliflər, həm də Palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə bağlı rəylərində əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır" - deyə, o bildiirb.

Onun sözlərinə görə, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər:

"Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir.

Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda, büdcənin qənaətli icrası, həmçinin, dövlət borcunun optimal idarə edilməsi, son nəticədə, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər.

Ümumiləşdirmə aparsaq, deyə bilərəm ki, növbəti ildə dövlət büdcəsinin xərclərinin büdcənin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul olunan norma daxilində planlaşdırılması və örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı.

Əsaslı xərclərlə yanaşı, cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər".

Sədr növbəti ilin dövlət büdcəsinin də Azərbaycanın inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq olanmasını məqsədəuyöun hesab edib:

"Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlətimizin başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır.

İnanırıq ki, hər il olduğu kimi, növbəti ilin büdcəsi də ölkənin inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq ediləcək".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: