Vergi ilə bağlı e-xidmət təkmilləşdirilir

7-09-2015, 08:00
926

http://s017.radikal.ru/i413/1509/8e/8d68263b6644.jpg


Yaxın zamanlarda vergi ödəyiciləri daha təkmil elektron xidmətlərdən yararlanacaqlar.

Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, indi istifadə olunan ASAN imza və E-imza vahid bir qurğuda birləşdiriləcək və eyni sertifikatda həm mobil, həm də kart vasitəsi ilə elektron Asan İD kart imzanın tətbiqinə başlanılacaq.

Eyni zamanda, kameral yoxlamaların da tam avtomatlaşdırılması prosesi başa çatmaq üzrədir. Gələcəkdə vergi ödəyiciləri və vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün yeni layihələr həyata keçiriləcək. Nazirliyin bu istiqamətdə gördüyü işlər davamlı xarakter daşıyacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: