Azərbaycanda yeni telekanal və radio yarandı

8-09-2015, 17:30
854

http://i003.radikal.ru/1509/8c/12bcc2c76bff.jpg


MTRЕћ iclas keçirdi.

Bu gün Milli Televiziya və Radio Ећurasının (MTRЕћ) növbəti iclası keçirilib.

MTRЕћ-dan verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və "CBC Sport" MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

MTRЕћ tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı, "CBC Sport" MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: