Azərbaycan UEFA reytinqində

10-09-2015, 20:00
777

http://s020.radikal.ru/i701/1509/78/2fdf32bdfdfe.jpg


Milli komandamız son 3 oyunda 3 xal toplayıb.

UEFA Avropa milli komandalarının yeni reytinq cədvəlini açıqlayıb.

54 yığmanın yer aldığı siyahıda Azərbaycan 41-ci yerdə qərarlaşıb.

AVRO-2016-nın seçmə mərhələsində son 3 oyunda 3 xal toplayan komandamız reytinqdə 17,586 xala malikdir.

Rəqiblərimiz olan İtaliya 5-ci (33,714), Xorvatiya 14-cü (29,717), Norveç 24-cü (26,829), Bolqarıstan 37-ci (20,376) və Malta 51-ci (11,520) yerdə qərarlaşıb

Reytinq cədvəlinə 41,011 xalla son dünya çempionu Almaniya millisi başçılıq edir. İlk pilləni Bundestimə təhvil verən İspaniya 2-ci (37,638), İngiltərə isə 3-cü (35,978) pillədədi.

Xatırladaq ki, yığmaların reytinqi AVRO-2016-nın final mərhələsinin püşkatması vaxtı komandaların bölgüsünə təsir edəcək. Püşkatma 2015-ci ilin 12 dekabrında baş tutacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: