Türkiyə Qarabağdakı "seçkiləri" qınadı

11-09-2015, 15:30
1 090

http://s019.radikal.ru/i644/1509/5b/569a47cc48f6.jpg


XİN bəyanat yaydı.

Türkiyənin Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikasında" sentyabrın 13-də keçiriləcək "seçkilərlə" bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçiriləcək "yerli seçkilər" beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Ећurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır.

"Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu "seçkiləri" qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq", - bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: