İlham Əliyev bir sıra təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub

12-09-2015, 17:30
1 112

http://s020.radikal.ru/i720/1509/3d/37f286e0c593.jpg


Dövlət başçısına görülən yenidənqurma işləri barədə məlumat verilib.

Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin binası əsaslı surətdə yenidən qurulub. Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəb-liseydə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına burada görülən təmir və yenidənqurma işləri barədə məlumat verildi.

Bildirildi ki, bu təhsil ocağı 1981-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəb-liseyin binasında indiyədək əsaslı təmir işləri aparılmayıb. Binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Foyedə ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Xətai rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.

Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.

Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 264 nömrəli məktəb-liseydir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib.

Təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır. Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim məşğul olur. Ећagirdlər 7-ci sinifdən etibarən texniki və humanitar siniflərə bölünürlər.

264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.

Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Ећəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edildi ki, bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun nəzdində açılıb. Peşə məktəbi 1985-ci ildə 960 yerlik bu kompleksə köçürülüb. 1996-cı ildə isə məktəbə 5 nömrəli Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb və yeni emalatxanalar yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris korpusunda təmir işlərinə başlanılıb və yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin başçısı liseydə yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris emalatxanası var.

Qeyd olundu ki, lisey 2013-cü ildən ilk peşə ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn, dövlət-biznes tərəfdaşlığına əsaslanan "Müasir Azərbaycan peşəkarları" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müxtəlif peşələr üzrə yüksək maddi-texniki bazaya malik tədris otaqları yaradılıb. Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının iştirakçılarına xidmət göstərmək üçün müxtəlif peşələr üzrə 200 nəfərdən artıq kadr hazırlanıb.

Beş nömrəli Bakı Peşə Liseyində istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımi avadanlıqla təchiz olunub. Təhsil ocağının geniş akt zalında isə həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür.

Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu ildən yeni fizika və kimya laboratoriyaları və kitabxana yaradılıb.

2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: