Zakir Həsənov: Azərbaycanın indiyədək istifadə olunmayan silahı var

14-09-2015, 10:00
866

http://s017.radikal.ru/i441/1509/23/388292e6be35.jpg


1 santimetr bizim sərhəddə keçsəydilər, məhv olunacaqdılar".

li Baş komandanın tapşırığı ilə Silahlı Qüvvələrin müharibə hazırlığı yoxlanılır. Onun əmri ilə qəflətən Silahlı Qüvvələrin bütün növləri –Hava Qüvvələri, Hava hücumundan Müdafiə Qüvvələri, Hərbi Donanma, Artileriya və raket qoşunları, quru qoşunlar həyacan siqnalı ilə müəyyən rayonlara çıxarılır. Bu təlimlərin əsas məqsədi Silahlı Qüvvələrin təlim hazırlığının yoxlanılmasıdır.

Onun sözlərinə görə, Son bir neçə ildə Silahlı Qüvvələrin təcrübəsi kəskin şəkildə artıb.

"Bu çox önəmlidir. Son illər qoşunlarımızın təchizatında böyük irəliləyiş olub. Belə ki, ən müasir silahlar qəbul etmişik. Hərbi hissələrimizdə 300 km-lik marşlar həyata keçiriblər. Marş zamanı heç bir zirehli maşın geriyə qalmadan əmri layiqincə həyata keçirərək öz yerlərini tutublar. Bundan əlavə hərəkat vaxtı bütün döyüş növlərinin vəzifələrini yerinə yetiriblər", - deyə, nazir bildirib.

Z.Həsənov vurğulayıb ki, indiyədək Azərbaycan ordusu belə geniş təlim keçirməyib:

"Biz elan etdik ki, təxminən 65 minə yaxın şəxs təlimlərdə iştirak edir. Bu Silahlı Qüvvələrin tarixində ən iri miqyaslı bir təlimdir. Bu təlimlərdə həmçinin helikopterlərdən və təyyarələrdən də istifadə olunur".

Nazir həmçinin bəyan edib ki, erməni tərəfi təlimlər keçirilən vaxtda təxribata əl atıblar:

"Biz təlimlər keçirdən vaxt onlar "provokasiya" ya əl atdılar. Belə ki, öz təyyarələrini havaya qaldırdılar. Azərbaycan sərhəddinə istiqamətləndirdilər. Ancaq biz dərhal onların hərəkətini qeydə aldıq. Bizim Hava Qüvvələrimiz daima döyüş vəziyyətindədi. Dərhal öz təyyarələrimizi havaya qaldırdıq, onlar isə öz sərhədlərindən 30 km sərhəddindən ayrılmamış geri çəkilməyə məcbur oldu. Mən göstəriş verdim "əgər onlar 1 santimetr bizim sərhəddə keçsəydilər, məhv olunacaqdılar".

Zakir Həsənov həmçinin qeyd edib ki, Azərbaycan indiyədək istifadə etmədiyi silahı da bu təlimlərə cəlb edib:

"Biz bu silahı o təlimlərə cəlb etmişik. Mən şəxsən o silahın yerləşdiyi mövqedə olmuşam. Onun döyüşə hazırlıq vəziyyəti ilə yaxından tanış oldum. Ећəxsiyyət qısa bir müddətdə bu silahın sirrlərini mənimsəyib və yaxşı nəticələr göstərdiyinin sübut edib".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: