Adnan Oktar və dünya masonlarından Əsədə məktub (FOTO)

14-09-2015, 11:00
873

http://s019.radikal.ru/i626/1509/c0/b48f2dd97fe9.jpg



Adnan Oktar 12 sentyabr, 2015-ci il tarixində proqramında dünyanın müxtəlif ölkələrindəki mason lojalarından böyük ustadları canlı yayında qarşılayıb.

Adnan Oktar 12 sentyabr, 2015-ci il tarixində proqramında dünyanın müxtəlif ölkələrindəki mason lojalarından böyük ustadları canlı yayında qarşılayıb. Böyük bir maraqla izlənən proqramda Suriyadakı müharibənin sona çatması üçün həll yolu təqdim edilib, Bəşər Əsədə göndərilmək üçün xüsusi bir məktub Adnan Oktar və İtaliya Böyük Lojasının Böyük ustadı Gian Franko Pilloni tərəfindən imzalanıb. Əsədə xüsusilə vətəndaş ölümlərini dayandırmaq, Suriyada sülhü təmin etmək üçün bütün dinlərin, məzhəblərin, bütün inancların və irqlərin qardaşlığını birlikdə müzakirə etməyə yönəlmiş bir çağırış edilib.

Proqramda həmçinin dünyada qardaşlıq və bərabərliyin təmin edilməsi mövzuları haqqında danışılıb. Belə iclasların sevgi və sülhün təsis edilməsi və müharibələrin bitməsi üçün gözəl bir vəsilə olduğu vurğulanıb. Mason qonaqlar həmçinin Adnan Oktardan sülhün təsis edilməsi üçün kömək tələbi ediblər.

Mason ustadlardan sülh çağırışı

Proqramda iştirak edən mason qonaqların adları:

-Gian Franko Pilloni, İtalya u.m.s.o.i. Böyük Lojasının Böyük Ustadı

-Çarles Mebry, ABЕћ Birləşmiş Masonik Birliyinin Böyük Ustadı

-Viktor German Serna, Ећimali Amerika Hispaniklər Suveren Yuxarı Ећurasının

Rəhbəri

-David Munoz, Ећimali Amerika Hispanik Böyük Lojasının Böyük Ustadı

-Ollie Spencer, Bostondan Vaşinqton, DC. Böyük Lojasının Böyük Ustadı

-Marino De Armas Benitez, 33-cü dərəcə mason, Kuba Böyük Ustadının ən yüksək rəsmi nümayəndəsi

-Dr. Nabil Toumeh, Suriya, Ећamdan tanınmış bir iş adamı və filosof....

Mason ustadların bəzilərinin danışıqlarından diqqəti çəkən hissələr isə bunlardır:

İtaliya Böyük Ustadı Gian F. Pilloni: Böyük Ustad Adnan Oktarı sevgi ilə bağrıma basmaq istəyirəm. Sülh mövzusunda özü hər zaman ən öndədir. Adnan Oktar insanların sevgi və hüzur içində yaşaya biləcəkləri azad bir dünya üçün mübarizəsini hər zaman davam etdirmişdir. Suriyada sülhün yarana bilməsi üçün burada ilk mərhələyə qədəm qoyduq.

Dr. Nabil Toumeh: Pisliyə qarşı insanlığın əhəmiyyətini vurğulamaq üçün buradayıq. Burada sizin (Adnan Oktarın) yanınızda sülhü inşa edəcək (mənəvi) gücü, cəsarəti, xoş niyyəti gördüm. Hörmətli Oktar, Yaxın Ећərqdə sülhü təmin etmək üçün bu gücünüzü istifadə etməyinizi istəyirik. Sülh bütün insanlığın davamı deməkdir. Sülh cəsarət və xoş məram, yaxşı məqsəd tələb edir. Sizdən (Adnan Oktardan) cəsur bir insan olaraq köməyinizi istəyirik.

Dr. Nabil Toumeh bu sözlərlə Suriya probleminə də diqqət çəkib:

Dr. Nabil Toumeh: Cənab Oktar, siz həqiqətən də təşəkkürə layiqsiniz. Suriyalı olaraq hamımız əzab çəkirik. Suriyadakı fərqli qruplar arasındakı problemlər hörmətli Oktarın ağılı ilə həll edilə bilər. Birlik və sülh üçün ciddi şəkildə cəhd etməliyik, bu gecə bir başlanğıcdır. Dünyanın fərqli düşüncədə və dünyagörüşdə olan insanları bir araya gətirəcək bir liderə, bir rəhbərə ehtiyacı var. Cənab Oktarın intellektual təcrübəsi çox mühümdür. Suriya probleminin həll olunmasına kömək edərək, bütün dünyanı narahat edən bu faciəyə son qoyacağıq.

Marino De Armas Benitez: Hədəfimiz burada sülh üçün başlayan bu cəhdin davam etməsi və nəticəyə qovuşmasıdır. Viktor German Serna: Osmanlı İmperatorluğu xalqların birlikdə yaşamasına vəsilə olub. Sultan Məhmət İstanbulda bütün monqol, musəvi, xristian xalqların bir arada yaşamasını mümkün etmişdir.

İman və sevgi ilə hər problem həll edilir

Qonaqların izahlarının ardınca, özü də 33-cü dərəcədən olan cənab Adnan Oktar iman və sevgi ilə hər problemin həll ediləcəyini bu sözlərlə ifadə edib:

Adnan Oktar: Problemlər sadəcə diplomatiya ilə deyil, sevgi ilə, Allahla sıx əlaqə ilə həll edilir. Allahın köməyi ilə bu zülm və bəlalar sona çatacaq. Sevgi dolu insanlar fəaliyyətdədirlər, ən zalım insanı da razı salmaq, yola gətirmək mümkündür, imanla və sevgi ilə yaxınlaşanda bunun münkün olduğunu görəcəyik.

Sevgimizi gücləndirək, gözəl nəticəni görəcəyik. Allah bizi hər an izləyir və bizi bir araya gətirən və aramızda güvən yaradan da Allahdır. Sevgi insanlarının bir arada çalışması gözəl nəticələr yaradacaq. Bir damcı qanın axmasını istəmirik, insanların burnunu belə qanamasını istəmirik. Allah kainatı sevgi üçün yaradıb, həyatın məqsədi sevgidir. (Ensonxeber.az)


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: