İlham Əliyev yenidənqurma işlərindən sonra Ağsu Ећahmat Məktəbinin açılışında iştirak edib

18-09-2015, 11:00
992

http://s011.radikal.ru/i315/1509/9e/a6e80af7146b.jpg


Prezident İlham Əliyev yenidənqurma işlərindən sonra Ağsu Ећahmat Məktəbinin açılışında iştirak edib.

Hazırda ölkəmizdə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizi nəinki yerləşdiyi coğrafi məkanda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Ölkəmizin hər yerində Olimpiya komplekslərinin, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı bu gün nəhəng idman hərəkatının yaşandığı məkanlardan birinə çevirib. Bu istiqamətdə şahmata olan diqqət və qayğı da vurğulanmalıdır. Ећahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi bunu bir daha təsdiqləyir. Görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz beynəlxalq səviyyəli şahmat turnirlərinə ev sahibliyi etməyə başlayıb. Təsadüfi deyil ki, hazırda Bakı şahmat üzrə növbəti Dünya Kubokuna ev sahibliyi edir. Sentyabrın 11-də təntənəli açılışı olan bu nüfuzlu yarışa ümumilikdə 45 ölkədən 128 zəka sahibi qatılıb. Bu da təbii ki, idmanın digər sahələri ilə yanaşı, şahmatın, onun infrastrukturunun möhkəmləndirilməsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisidir.

Məlumat verildi ki, Ећahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir. Burada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ağsu Ећahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Ећahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Ећahmat parkına da baxdı.

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: